Ermənistanda 32 yaşlı kişi güllələnib

Region
  • 25 dekabr, 2019
  • 02:12
Ermənistanda 32 yaşlı kişi güllələnib

Ermənistanda qətl hadisəsi törədilib.

"Report" "News.am"a istinadən xəbər verir ki, hadisə Dilican şəhərində baş verib.

Belə ki, vilayətin 32 yaşlı sakini Mesrop Xaratyan odlu silahdan açılan atəş nəticəsində öldürülüb. Onun əvvəllər bir neçə dəfə həbsxana mühakimə olunduğu, həbsxanadan yenicə çıxdığı bildirilir.

Cinayətin başvermə səbəbi və qətli törədən şəxsin kimliyi barədə məlumat verilmir. Hadisə yerində bir neçə giliz aşkarlanıb.

Faktla bağlı təhqiqat qrupu yaradılıb və cinayət işi başlayıb.