Təhlükəsizlik xidmətinin sabiq rəhbəri partiya yaradır

Region
  • 06 fevral, 2020
  • 10:22
Təhlükəsizlik xidmətinin sabiq rəhbəri partiya yaradır
Artur Vanesyan

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş direktoru Artur Vanetsiyan siyasi partiya yaratmaq fikrində olduğunu açıqlayıb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə A.Vanetsiyan bir sıra yerli nəşrlərin rəhbərləri ilə görüşündə bildirib.

“Mövcud iqtidarın alternativi əvvəlki iqtidar deyil. Keçmişə qayıtmaq olmaz, şəxsən mən buna qarşı mübarizə aparacağam”, -  sabiq MTX rəhbəri deyib.

O, ölkədə son aylar başı verənlərin təhlükəli olduğunu, qeydiyyatdan keçirdiyi “Vətən” inkişaf fondu qarşısında vətəndaş cəmiyyətinin inkişafını dəstəkləmək vəzifəsi qoyulduğunu diqqətə çatdırıb.