Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini işdən çıxarılıb

Region
  • 05 dekabr, 2017
  • 12:19
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini işdən çıxarılıb

Bakı. 5 dekabr. REPORT.AZ/ Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəisinin müavini general-leytenant Aykaz Baqmanyan vəzifədən azad edilib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, müdafiə naziri Vigen Sarkisyan jurnalistlərə açıqlamasında A.Baqmanyanın işdən çıxarıldığını təsdiqləyib.

Onun öz ərizəsi ilə vəzifədən azad olunduğu bildirilib. 

44 filmi