Bakı. 16 iyun. REPORT.AZ/ Ermənistan məktəbliləri iyunun 20-29-da Bakıda keçiriləcək kimya üzrə 47-ci Beynəlxalq Olimpiadada iştirak etməyəcək.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin elm və təhsil naziri Armen Aşotyan yerli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, olimpiadada iştirak etmək üçün ərizələr iyunun 15-dək verilməli idi: "Ancaq olimpiadanın keçirildiyi ölkə olan Azərbaycan təhlükəsizliyimizə təminat verməyib. Azərbaycan bildirib ki, bu məsələ ilə I Avropa Oyunları başa çatandan sonra məşğul olacaq".
Xatırladaq ki, bu il mayın əvvəlində Ermənistanın Elm və
Olimpiadanın təşkilatçısı M.Lomonosov adına Moskva Dövlət Unversitetinin Bakı filialıdır.