Ermənistan Polisinin rəisi istefaya göndərilir

Ermənistan Polisinin rəisi istefaya göndərilir Ermənistan polis rəisi vəzifəsi uğrunda amansız mübarizə başlayıb
Region
12 Fevral , 2019 10:54
Ermənistan Polisinin rəisi istefaya göndərilir
Полиция Армении
0 : 00
0 : 00

Bakı. 12 fevral. REPORT.AZ/ Ermənistan Polisinin rəisi (daxili işlər naziri) Valeri Osipyan yaxın zamanlarda tutduğu vəzifədən azad ediləcək.

"Report" xəbər verir ki, bu barədə Ermənistanın "Past" qəzeti yazıb.

Nəşrin məlumatına görə, hazırda V.Osipyanın istefaya göndərilməsi barədə ictimai tələb formalaşdırılması üzərində işlər aparılır.

Qəzet yazır ki, artıq ölkənin polis rəisi vəzifəsi uğrunda amansız mübarizə başlayıb.

Qeyd olunur ki, V.Osipian Baş nazir Nikol Paşinyanın təklifi ilə 2018-ci il mayın 10-da Ermənistan polisinin rəisi təyin edilib. Daha əvvəl o, Yerevan polis rəisinin müavini vəzifəsində işləyib və son illərdə bütün kütləvi nümayişlərdə hüquq-mühafizə orqanlarının işinə birbaşa nəzarət edib. 

Son xəbərlər

Orphus sistemi