Ermənistan Polis Qoşunlarının keçmiş komandanı vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur - YENİLƏNİB

Ermənistan Polis Qoşunlarının keçmiş komandanı vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur - YENİLƏNİB Bakı. 25 sentyabr. REPORT.AZ/ Ermənistanın polis rəisinin keçmiş müavini və qoşunlarının keçmiş komandanı, general-leytenet Levon Yeranosyan vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur.
Region
25 Sentyabr , 2018 15:30
Ermənistan Polis Qoşunlarının keçmiş komandanı vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur - YENİLƏNİB
0 : 00
0 : 00

Bakı. 25 sentyabr. REPORT.AZ/ Ermənistanın polis rəisinin keçmiş müavini və qoşunlarının keçmiş komandanı, general-leytenet Levon Yeranosyan vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. 

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu onun vəkili Tiqran Safaryan bildirib. 

“Levon Yeranosyan qeydiyyatda olduğu ərazini tərk etməmək barədə iltizam verib. O, səlahiyyət həddini aşmaqda şübhəli bilinir”, - vəkil qeyd edib. 

Onun sözlərinə görə, bu il aprelin 16-sı və 22-də Yerevan küçələrində polislə etiraz aksiyası iştirakçıları arasında toqquşma olub: “Bu zaman polis mitinqçilərə qarşı xüsusi vasitələr tətbiq edib”.


*** 10:47

Ermənistan Polis Qoşunlarının keçmiş komandanı general-leytenet Levon Yeranosyan Xüsusi İstintaq Xidmətinə çağırılıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onun hansı iş üzrə istitaqa çağırıldığı məlum deyil.

Ancaq L.Yeranosyan Xüsusi İstintaq Xidmətində olub və orda bir neçə saat dindirilib.

Qeyd edək ki, onun adı bir sıra dinc aksiyaları zorakılıqla dağıtmaqda hallanır. 

Son xəbərlər

Orphus sistemi