Ermənistan parlamentinin sədr müavini Türkiyədə səfərdədir

Ermənistan parlamentinin sədr müavini Türkiyədə səfərdədir
Region
85
8 Oktyabr , 2018 14:02
Ermənistan parlamentinin sədr müavini Türkiyədə səfərdədir
0 : 00
0 : 00

Bakı. 8 oktyabr. REPORT.AZ/ Ermənistan parlamentinin sədr müavini Eduard Şarmazanov Türkiyədə işgüzar səfərdədir.

“Report” Ermənistan KİV-nə istinadən xəbər verir ki, məlumatı ölkə parlamentinin mətbuat xidməti yayıb.

O, Türkiyənin Antalya şəhərində keçirilən Avrasiya ölkələri parlament sədrlərinin 3-cü görüşündə iştirak edir. 

E.Şarmazanovun forumda məruzə ilə çıxış edəcəyi və bir sıra dövlətlərin parlament başçıları ilə görüşü gözlənilir.

Qeyd edək ki, E.Şarmazanov keçmiş hakim Respublikaçılar Partiyasından deputatdır.