Ermənistan parlamentinin sədr müavini: "Anklavlar" məsələsi müzakirə olunur"

Ermənistan parlamentinin sədr müavini: "Anklavlar" məsələsi müzakirə olunur" “Anklavlar” məsələsi dəfələrlə xatırlanıb, deyilib ki, əgər hüquqi əsası varsa, ikitərəfli razılaşmalarda qeydiyyata və xəritəyə alınıbsa, Ermənistan və Azərbaycan sərhədlərinn delimitasiya və demarkasiyası çərçivəsində müzakirə ediləcək”.
Region
2 Noyabr , 2023 17:53
Ermənistan parlamentinin sədr müavini: Anklavlar məsələsi müzakirə olunur

“Anklavlar” məsələsi dəfələrlə xatırlanıb, deyilib ki, əgər hüquqi əsası varsa, ikitərəfli razılaşmalarda qeydiyyata və xəritəyə alınıbsa, Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası çərçivəsində müzakirə ediləcək”.

“Report” xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Akop Arşakyan noyabrın 2-də jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hər iki tərəfin istifadə edə biləcəyi xəritələr var: “Yəni burada qaranlıq otaqlar, künclər axtarmağa ehtiyac yoxdur”.

A.Arşakyan vurğulayıb ki, danışıqların davam etdirilməsinə imkan vermək lazımdır: “Ermənistan və Azərbaycan öz ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsinə aydınlıq gətirməli, bunu yazılı şəkildə qəbul etməlidir”.

Son xəbərlər

Orphus sistemi