Ermənistan parlamentində yenə dava düşüb

Ermənistan parlamentində yenə dava düşüb Bakı. 20 dekabr. REPORT.AZ/ Ermənistan parlamentində mübahisəli məsələləri yenə əlbəyaxa dava ilə həll etmək istəyiblər.
Region
20 Dekabr , 2017 15:25
Ermənistan parlamentində yenə dava düşüb

Bakı. 20 dekabr. REPORT.AZ/ Ermənistan parlamentində mübahisəli məsələləri yenə əlbəyaxa dava ilə həll etmək istəyiblər.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, yeni Məhkəmə Məcəlləsi ilə bağlı səsvermə keçirilərkən “Tsarukyan” fraksiyasının üzvləri iclas zalını tərk ediblər. 

“Çıxış” və “Tsarukyan” fraksiyalarına qoşulmayan, deputat Napoleon Azizyan bu sənədin lehinə səs verib. Deputat Sergey Baqratyan Azizyanı təhqir edərək deyib: “Bu fahişə niyə lehinə səs verib?”

Ona “Tsarukyan” fraksiyasının üzvü, keçmiş deputat Abraam Manukyanın oğlu Artur Manukyan Sergey Badalyana sərt cavab verib. Onlar parlamentin iqtisadi məsələlər üzrə daimi komissiyasının üzvü David Manukyanın kabinetində əlbəyaxa olublar. Bu dava 10-15 dəqiqə davam edib. Onlar mübahisəni parlamentdən kənarda görüşüb həll edəcəklərini razılaşdırdıqdan sonra ayrılıblar.

N.Azizyanın oğlu ilə Artur Manukyan dostdurlar. A.Manukyan dostunun atasının təhqir olunmasına dözmədiyindən dava düşüb.

Fraksiyanın sədri Qaqik Tsarukyan münaqişənin qan tökülməsi ilə nəticələnməməsi üçün öz tərəfdarları ilə görüşüb.

Son xəbərlər

Orphus sistemi