Ermənistan parlamentində "dayı" müraciətinə görə dava düşüb - VİDEO - ƏLAVƏ OLUNUB

Region
  • 08 may, 2020
  • 07:11
Ermənistan parlamentində dayı müraciətinə görə dava düşüb - VİDEO - ƏLAVƏ OLUNUB

Ermənistan parlamentində dava düşüb.

“Report” xəbər verir ki, məlumatı “Lragir” yayıb.

Bildirilib ki, hakim “Mənim addımım” parlament fraksiyasının deputatı Sasun Mikaelyanla müxalifətdə olan İşıqlı Ermənistan partiyasının deputatı Edmon Marukyan arasında dava olub. 

E.Marukyan çıxışında S.Mikaelyana “dayı” deyib. S.Mikaelyan E.Marukyandan onu belə çağırmamasını istəyib. Bundan sonra S.Mikaelyan qarşı tərəfi hədələyib və tribunaya yaxınlaşaraq onu vurub. E.Marukyan isə tribunadan bildirib: “Döysəniz də, döyməsəniz də mən deyəcəyəm”. 

Sasun Mikaelyan isə onu hədələyərək “boğazını üzərəm” deyib. 

“Mənim boğazımı üzən anadan olmayıb. Bəsdir, boşboğazlıq etdin”,- deyə E.Marukyan cavab verib.

Parlamentin sədri Ararat Mirzoyan iclası dayandırıb. Televiziya ilə birbaşa efir kəsilib.

Qeyd edək ki, Sasun Mikaelyan Ermənistanın əvvəlki prezidentlərinin hakimiyyəti illərində də deputat olub. O, 1957-ci il noyabrın 7-də Axtın rayonunda doğulub. Azərbaycan torpaqlarının işğalında iştirak edib.

Ermənistan parlamentində "dayı" müraciətinə görə dava düşüb - VİDEO - ƏLAVƏ OLUNUB