Ermənistan parlamenti Roma statutunu ratifikasiya edib - YENİLƏNİB

Ermənistan parlamenti Roma statutunu ratifikasiya edib - YENİLƏNİB Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib.
Region
3 Oktyabr , 2023 13:12
Ermənistan parlamenti Roma statutunu ratifikasiya edib - YENİLƏNİB

Ermənistan parlamenti Roma statutunu qeyd-şərtsiz ratifikasiya edib.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Qanunverici orqanın 60 deputatı layihənin lehinə, 22-si əleyhinə səs verib.

Layihənin təsdiqlənməsi üçün 54 səsə ehtiyac var idi.

Sənədi yaxın vaxtlarda ölkə prezidenti Vaaqn Xaçatryan imzalamalıdır. Sənəd dövlətdaxili prosedurlar başa çatdıqdan 60 gün sonra qüvvəyə minəcək.

11:45

Ermənistan parlamentinin oktyabrın 3-də keçirilən iclasında Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutu müzakirəyə çıxarılıb.

“Report” xəbər verir ki, “Ermənistan” və “Mənim şərəfim” müxalifət fraksiyaları müzakirələrdə iştirak etmirlər.

“Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan parlamentin iclası başlamamışdan əvvəl deyib ki, məsələnin parlamentin gündəliyinə salınması Ermənistan Konstitusiyasına zidddir.

Hazırda iclasda fasilə elan olunub.

Qeyd edək ki, Ermənistanda Roma statutu təsdiqlənəcəyi təqdirdə, Rusiya Prezidenti Vladimir Putin Ermənistana gedərsə həbs olunmalıdır.

Rusiya XİN bəyan edib ki, Ermənistanın Roma statutunu ratifikasiya etməsi ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq.

Nazirlikdən qeyd edilib ki, İrəvanın Roma Statutunu ratifikasiya etməsindən sonra V.Putinin Ermənistana səfərini təsəvvür etmək çətin olacaq.

Kremlin sözçüsü Dmitri Peskov isə Ermənistan parlamentinin qərarını düşmənçilik kimi qiymətləndirib.

Son xəbərlər

Orphus sistemi