Ermənistan parlamenti hökumətin yenidən təşkil olunmasını təsdiqləyib

Ermənistan parlamenti hökumətin yenidən təşkil olunmasını təsdiqləyib "Hökumət strukturu haqqında" qanuna düzəlişlər qəbul edilib
Region
17 Noyabr , 2014 15:19
Ermənistan parlamenti hökumətin yenidən təşkil olunmasını təsdiqləyib

Bakı. 17 noyabr. REPORT.AZ/ Ermənistan parlamenti bu gün "Hökumət strukturu haqqında" qanuna düzəlişləri ikinci və son oxunuşda qəbul edib. Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.

Düzəlişlər iki nazirlik - Ərazi İdarəetmə Nazirliyi və FHN-in birləşdirilməsini, eləcə də yeni Beynəlxalq İqtisadi İnteqrasiya və İslahatlar Nazirliyinin yaradılmasını nəzərdə tutur. 

Qanun layihəsinin lehinə 70 deputat, əleyhinə 6 deputat səs verib, 31 deputat bitərəf olub.  

Son xəbərlər

Orphus sistemi