Ermənistan ordusunda yoxlamalara başlanılıb

Ermənistan ordusunda yoxlamalara başlanılıb Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Edvard Asryanın təşəbbüsü ilə hərbi hissə və birləşmələrdə genişmiqyaslı yoxlamalara başlanılıb.
Region
29 Noyabr , 2022 15:32
Ermənistan ordusunda yoxlamalara başlanılıb

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Edvard Asryanın təşəbbüsü ilə hərbi hissə və birləşmələrdə genişmiqyaslı yoxlamalara başlanılıb.

“Report” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, kompleks yoxlamalar tədris ilinə yekun vurulması çərçivəsində aparılır.

Məqsəd döyüş hazırlığının, təminatın, komanda-idarəetmə sisteminin səviyyəsinin qiymətləndirilməsidir.

Son xəbərlər

Orphus sistemi