Ermənistan ordusuna məxsus avtomobil qəza törədib, 4 nəfər yaralanıb - FOTO

Region
  • 28 oktyabr, 2017
  • 12:09
Ermənistan ordusuna məxsus avtomobil qəza törədib, 4 nəfər yaralanıb - FOTO

Bakı. 28 oktyabr. REPORT.AZ/ Ermənistan Müdafiə Nazirliyinə məxsus “ZİL” marakalı yük maşınının “Mercedes”lə toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, qəza Qafan-Mehri avtomobil yolunda olub.

Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır.