Ermənistan Nəzarət Xidmətinin rəhbəri vəzifəsindən azad olunacaq

Ermənistan Nəzarət Xidmətinin rəhbəri vəzifəsindən azad olunacaq Ermənistan Dövlət Nəzarət Xidmətinin rəhbəri David Sanasaryan vəzifəsindən istefaya göndəriləcək.
Region
12 Mart , 2019 12:16
Ermənistan Nəzarət Xidmətinin rəhbəri vəzifəsindən azad olunacaq
newsarmenia.am

Ermənistan Dövlət Nəzarət Xidmətinin rəhbəri David Sanasaryan vəzifəsindən istefaya göndəriləcək.

"Report" xəbər verir ki, bu barədə "Joqovurd" qəzeti yazıb.

Nəşrin mənbələrinin məlumatına görə, o, hökumətin bağışlamayacağı bir sıra səhvlər buraxıb.

"Əldə etdiyimiz məlumata görə, Baş nazir Nikol Paşinayana bu yaxınlarda Sanasaryana dair kompromat video, konkret faktlar göstərilib. İndi Sanasaryan hətta başqa şəxsin adına qeydiyyatdan keçmiş olsa belə, əmlakını nə vaxt, haradan və hansı vəsaitlə aldığına dair cavab verməlidir", - qəzet yazıb.

Son xəbərlər

Orphus sistemi