Ermənistan müdafiə nazirinin keçmiş müavininin arvadı axtarışa verilib

Ermənistan müdafiə nazirinin keçmiş müavininin arvadı axtarışa verilib Bakı. 27 iyun. REPORT.AZ/ Ermənistan müdafiə nazirinin keçmiş müavini Manvel Qriqoryanın həyat yoldaşı Nazik Amiryan barəsində polis axtarış elan edib.
Region
27 İyun , 2018 16:38
Ermənistan müdafiə nazirinin keçmiş müavininin arvadı axtarışa verilib
0 : 00
0 : 00

Bakı. 27 iyun. REPORT.AZ/ Ermənistan müdafiə nazirinin keçmiş müavini Manvel Qriqoryanın həyat yoldaşı Nazik Amiryan barəsində polis axtarış  elan edib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə polisinin Analtik, informasiya və KİV-lə əlaqələr bölməsinin rəisi Edqar Canoyan bildirib.

“Nazik Amiryanın axtarışı üzrə əməliyyat davam edir”, - deyə o vurğulayıb.

Ermənistan Xüsusi İstintaq Xidmətinin müstəntiqləri Nazik Amiryanın həbs olunması barədə qərar qəbul ediblər. Ancaq bir neçə gündür onu tapa bilmirlər.

Qeyd edək ki, Manvel Qriqoryan və onun oğlu - Eçmiadzin şəhərinin keçmiş meri Karen Qriqoryan dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq həbs ediliblər. 

Son xəbərlər

Orphus sistemi