Ermənistan MTX-nin keçmiş direktoru: "Hakimiyyətin dövlətçilikdən xəbəri yoxdur"

Ermənistan MTX-nin keçmiş direktoru: "Hakimiyyətin dövlətçilikdən xəbəri yoxdur" "Onların bu kimi məsələlərlə bağlı söylədikləri ölkənin rəsmi mövqeyi kimi qəbul edilir”,- Vanesyan bildirib.
Region
5 Sentyabr , 2020 13:21
Ermənistan MTX-nin keçmiş direktoru: Hakimiyyətin dövlətçilikdən xəbəri yoxdur
Artur Vanesyan

“Ermənistanda indiki siyasi qüvvələr nə qədər ki, hakimiyyətdədir Qarabağdan az danışmağı təklif edirəm”.

“Report” “Hraparak.am”a istinadən xəbər verir ki, bunu Ermənistan milli təhlükəsizlik xidmətinin (MTX) keçmiş direktoru, müxalifətdə olan Vətən Partiyasının sədri Artur Vanesyan bildirib.

"İndikilər nə qədər ki, hakimiyyətdədir, imkan daxilində Qarabağ, Aprel döyüşləri, Tavuşdakı hərbi fəaliyyət, ordu, Ermənistan Respublikasının ümumi təhlükəsizlik sistemi, bizim diasporun lobbiçilik imkanları və başqa bu kimi mövzulardan az danışmağı təklif edirəm”, - keçmiş direktor bildirib.

Onun sözlərinə görə, Ermənistandakı indiki hakimiyyətdə təmsil olunanlar, deputatlar təsadüfi adamlardır:

“Onların dövlətçilikdən xəbəri yoxdur. Ancaq onların bu kimi məsələlərlə bağlı söylədikləri ölkənin rəsmi mövqeyi kimi qəbul edilir”.

Qeyd edək ki, Artur Vanesyan 1979-cu ildə anadan olub. O, 2016-2018-ci illərdə Milli Təhlükəsizlik Xidmətinin Yerevan idarəsinin rəis müavini, 2018-ci ilin mayından 2019-cu ilin sentyabrınadək isə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru işləyib. 1999-cu ildə Ermənistan Kənd Təsərrüfatı Akademiyasını, Sankt-Peterburq Xarici Əlaqələr İnstitutunu, sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasını bitirib. Məşğul olduğu sahə üzrə Rusiyada təhsil almasına baxmayaraq, özünü Nikol Paşinyan hökumətinin ən sədaqətli üzvü kimi göstərməyə çalışmışdı.

Son xəbərlər

Orphus sistemi