Yerevan Metropolitenində böyük məbləğdə mənimsəmə faktları aşkarlanıb

Yerevan Metropolitenində böyük məbləğdə mənimsəmə faktları aşkarlanıb Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Yerevan Metropolitenində genişmiqyaslı yoxlama keçirib.
Region
29 Mart , 2019 11:30
Yerevan Metropolitenində böyük məbləğdə mənimsəmə faktları aşkarlanıb
0 : 00
0 : 00

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Yerevan Metropolitenində genişmiqyaslı yoxlama keçirib.

“Report” “Jamanak”a istinadən xəbər verir ki, metropoliten uzun illərdi dövlətdən böyük məbləğdə dotasiya alır.

Yoxlamalar nəticəsində Yerevan Metropolitenində ciddi sui-istifadə və dövlət əmlakının mənimsənilməsi faktları aşkarlanıb.

Metorpolitendə dövlət əmlakının mənimsənilməsində dövlət gəlirləri üzrə böyük vergi ödəyicilərini təftiş komitəsinin rəisi Edik Qsopyanın qızı Ani Qsopyan və dövlət gəliri komitəsi sədrinin müavini Rafik Maşadyanın adları əsas fiqur olaraq hallanır.

Yoxlamdan sonra Dövlət Gəlirləri üzrə Komitənin bəzi əməkdaşları həbs olunacaq, metropolitenin direktoru Paylak Yayloyan isə işdən azad ediləcək.

Qeyd edək ki, Karen Dəmirçyan adına Yerevan Metropoliteni 1981-ci ildə istifadəyə verilib. Yerevanda 9 metro stansiyası var. Onun ümumi uzunluğu isə 13,4 km-dir. 

Son xəbərlər

Orphus sistemi