Ermənistan Kassasiya Məhkəməsinin sədri istefa verib
Region
- 05 iyun, 2018
- 12:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 iyun. REPORT.AZ/ Ermənistan Kassasiya Məhkəməsinin sədri Arman Mkrtumyan istefa verib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, bu barədə Ali Məhkəmə Şurasına ərizəsində bildirib.
A.Mkrtumyan yarandığı gündən, 1998-ci il iyulun 8-dən Kassasiya Məhkəməsinin sədri işlədiyini vurğulayıb: “On ildir Ermənistan Kassasiya Məhkəməsinə sədrlik edirəm”.
Məhkəmə sədri ərizəsində məsələyə Şuranın növbəti iclasında özünün iştirakı olmadan baxılmasını və istefasının qəbul edilməsini istəyib.
A.Mkrtumyan istefasının səbəbini yerini gənclərə verməklə əsaslandırsa da, bunu ölkədə yeni hökumətin formalaşdırılması ilə əlaqələndirirlər.
Son xəbərlər
06:34
Almaniya xüsusi təyinatlı qüvvələrini Rusiya ilə uzunmüddətli münaqişəyə hazırlayır
Digər ölkələr
06:06
Braziliyada Bolsonarunun partiyası prezident seçkilərinin nəticələrini tanıyıb
Digər ölkələr
05:27
Türkiyədə əxlaqsızlığın təbliği əleyhinə keçirilən əməliyyat zamanı onlarla insan saxlanılıb
Region
04:48
Keyn Bundesliqanın 30 ildən sonra ilk "Qızıl yop" mükafatçısı olub
Futbol
04:32
SANA: İordaniya HHQ-nin Suriyaya zərbələri nəticəsində ölənlərin sayı 7-yə çatıb – Yenilənib
Digər ölkələr
03:54
Suriya İordaniya ilə sərhəddə keçid məntəqəsini bağlayıb
Digər ölkələr
03:36
Baqeri: ABŞ danışıqlara ciddi yanaşırsa, Tehranın 7 şərtini qəbul etməlidir
Region
02:57
Harri Keyn 2026-cı ildə "Qızıl top"un yubiley mükafatını qazanıb
Futbol
02:54
Nərimanov rayonunun bir hissəsində bu gün qaz olmayacaq
Energetika