Tavuşda keçirilən etiraz aksiyalarında 7 nəfər xuliqanlıqda şübhəli bilinərək saxlanılıb.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, saxlanılanlar arasında “Ermənistan” fraksiyasından olan deputat Qarnik Danielyanla dalaşan M.A. adlı şəxs də var.
Xatırladaq ki, hadisə ötən gün baş verib. Etirazçılar Ermənistan-Gürcüstan avtomobil yolunu bağlayıblar. Qarşıdurma zamanı etirazçılar yolun açılmasını tələb edən kəndlilərdən birinin avtomobilinə də ziyan vurublar.