Ermənistan hərbçisi qəza törədib, 1 nəfər ölüb, 4-ü yaralanıb

Region
  • 19 noyabr, 2018
  • 10:06
Ermənistan hərbçisi qəza törədib, 1 nəfər ölüb, 4-ü yaralanıb

Bakı. 19 noyabr. REPORT.AZ/ Ermənistan Silahlı Qüvvələrinin hərbçisi Quren Z. qəza törədib. 

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, 21 yaşlı hərbçinin idarə etdiyi “Opel Astra” markalı avtomobil qarşı yola çıxaraq aşıb və dərəyə yuvarlanıb.

Nəticədə sürücü - 23 yaşlı Arsen Karapetyan hadisə yerində ölüb, sərnişinlər - 27 yaşlı David K., 15 yaşlı Robert T., 16 yaşlı Melsik N. yaralanıb.