Ermənistan əhalisinin alıcılıq qabiliyyəti azalır

Ermənistan əhalisinin alıcılıq qabiliyyəti azalır Ermənistan KİV: Bu göstərici əhalinin sosial-iqtisadi vəziyyətinin əsas meyarıdır
Region
21 İyun , 2016 11:35
Ermənistan əhalisinin alıcılıq qabiliyyəti azalır

Bakı. 21 iyun. REPORT.AZ/ Son iki ildə Ermənistan əhalisinin alıcılıq qabiliyyəti azalıb.

"Report" "Joxovurd" qəzetinə istinadən xəbər verir ki, Ermənistan sakinləri 2014-ci ilin yanvar-may ayları ərzində bu ilin müvafiq dövrü ilə müqayisədə 38 milyard 188 milyon dram (80 milyon ABŞ dolları) çox pul xərcləyib.

"Bu göstərici əhalinin sosial-iqtisadi vəziyyətinin əsas meyarıdır. Ötən illərdə Ermənistan əhalisinin alıcılıq qabiliyyəti tədricən artırdı. Bu, ölkə xaricindən gələn transfertlərlə paralel olaraq baş verirdi", - qəzetdə dərc olunan məqalədə qeyd edilir.

Son xəbərlər

Orphus sistemi