Erməni vitse-spiker blogeri vurmasından danışdı - FOTO

Region
  • 29 aprel, 2020
  • 21:30
Erməni vitse-spiker blogeri vurmasından danışdı - FOTO
Alen Simonyan və Artur Danielyan

Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan müxalif bloger Artur Danielyanla əlbəyaxa davadan danışıb.

“Report”un məlumatına görə, vitse-spiker bildirib ki, o, öz ünvanına ədəbsiz söyüşü eşidərək blogerin burnuna başı ilə vurub.

Vitse-spiker “facebook”dakı videomüraciəti zamanı bildirib ki, Yerevanda küçədə blogerlə qarşılaşıb. O, salam versə də, bunun cavabında anasının ünvanına söyüş eşidib.

 Antonio Silvestri
Antonio Silvestri

"Bundan sonra mən Danielyana yaxınlaşdım. Dedim ki, onun haqqında analoji fikirdəyəm və başımla burnuna vurdum", - Simonyan bildirib.

Vitse-spiker əlavə edib ki, hadisə vaxtı üç nəfər ona qarşı çıxıb. Bu zaman dava başlayıb və ona zərbələr endirilib.

"Belə reaksiya verməyin lazım gəldiyinə təəssüf edirəm, amma mən təhqiri eşitməməklə bağlı riyakarlıq edə bilmirdim. Problem görmürəm və məsuliyyət daşımağa hazıram", - parlament üzvü deyib.

Son xəbərlər

Bütün Xəbər Lenti