Erməni hərbçi yol qəzasına düşərək yaralanıb

Region
  • 26 oktyabr, 2018
  • 09:30
Erməni hərbçi yol qəzasına düşərək yaralanıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Ermənistan silahlı qüvvələrinin hərbçisi Arman S. BMW və “VАЗ-2106” avtomobillərinin toqquşması nəticəsində yaralanıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, qəza ölkənin Dzor vilayətinin Vayots rayonunda törədilib.

BMW-nin sürücüsü, iş adam Smbat K. da müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı xətəxanaya yerləşdirilib.