Ermənistan əsgəri hərbçi yoldaşını güllələyib

Ermənistan əsgəri hərbçi yoldaşını güllələyib Qurgen Sarkisyanın vəziyyəti ağır kimi qiymətləndirilir
Region
17 Yanvar , 2017 14:14
Ermənistan əsgəri hərbçi yoldaşını güllələyib

Bakı. 17 yanvar. REPORT.AZ/ Erməni silahlı bölmələrində intizamsızlıq nəticəsində növbəti cinayət hadisəsi baş verib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, sıravi əsgər Qurgen Sarkisyan əsgər yoldaşı olan kiçik çavuş tərəfindən güllələnib.

Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, ilkin məlumatlara görə, əsgər Q.Sarkisyan yanvarın 16-da təqribən saat 23:55-də qulluq etdiyi N saylı hərbi hissənin döyüş mövqeyində güllələnib.

Q.Sarkisyanın vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin silahdan istifadə qaydalarının pozulması maddəsi ilə cinayət işi başlanılıb. 

Son xəbərlər

Orphus sistemi