Erməni ekspert: "ABŞ üçün Azərbaycan strateji əhəmiyyət daşıyır, Ermənistan isə yalnız prioritet bir dövlət statusundadır"

Erməni ekspert: "ABŞ üçün Azərbaycan strateji əhəmiyyət daşıyır, Ermənistan isə yalnız prioritet bir dövlət statusundadır" Bakı. 27 oktyabr. REPORT.AZ/ ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun bəyanatlarından belə qənaətə gəlmək olar ki, Amerika üçün Azərbaycan və Gürcüstan strateji əhəmiyyət kəsb edir, Ermənistan yalnız prioritet bir dövlət statusu daşıyır.
Region
27 Oktyabr , 2018 04:23
Erməni ekspert: ABŞ üçün Azərbaycan strateji əhəmiyyət daşıyır, Ermənistan isə yalnız prioritet bir dövlət statusundadır

Bakı. 27 oktyabr. REPORT.AZ/ "ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun bəyanatlarından belə qənaətə gəlmək olar ki, Amerika üçün Azərbaycan və Gürcüstan strateji əhəmiyyət kəsb edir, Ermənistan yalnız prioritet bir dövlət statusu daşıyır".

“Report” xəbər verir ki, bunu Amerikanın Taftsi Universitetinin Fletçer adına Hüquq və Diplomatiya məktəbinin elmi işçisi Suren Sarqsyan deyib.

Erməni-Amerika münasibətlərinə toxunan Suren Sarqsyan bildirib ki, bu münasibətlər Ermənistana İran və Rusiyanın təsirləri səbəbindən çox yaxşı ola bilməz.

Politoloq Ara Papyanı Boltonun ABŞ-ın Ermənistana silah satmağa hazır olmasına dair bəyanatı narahat edir:

"Əgər bizə satacaqlarsa, o zaman Azərbaycana da satacaqlar. Bu bizim üçün arzuedilməzdir. Azərbaycanın silah almaq imkanları daha genişdir".

Son xəbərlər

Orphus sistemi