Erməni deputatlar: “Ermənistanda vəziyyət daha da ağırlaşacaq"

Erməni deputatlar: “Ermənistanda vəziyyət daha da ağırlaşacaq" “Ermənistan hökumətinin binası qarşısında hər gün etiraz aksiyaları keçirilir”.
Region
15 Sentyabr , 2020 15:32
Erməni deputatlar: “Ermənistanda vəziyyət daha da ağırlaşacaq
Qaqik Sarukyan 
0 : 00
0 : 00

“Ermənistan hökumətinin binası qarşısında hər gün etiraz aksiyaları keçirilir”.

“Report” “Aysor”a istinadən xəbər verir ki, bunu Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Sarukyan İcevan şəhərində yerli sakinlərlə görüşündə bildirib.

“Dövlət borcu artır. Bu pulları hara xərcləyiblər? Hakimiyyətdəki məsul şəxslər təcrübəli insanlar olmalı, başçılıq etdikləri sahəni bilməlidirlər”, - Q.Sarukyan vurğulayıb.

O qeyd edib ki, səlahiyyətli şəxslər insanların sosial vəziyyətini yüngülləşdirə bilsəydi, problemlər aradan qalxardı.

Q.Sarukyan daha sonra ölkədəki hazırkı vəziyyətin dəhşətli dərəcədə ağır olduğunu və daha da ağırlaşacağını vurğulayıb.

Çiçəklənən Ermənistan Partiyasından olan deputat Mikael Melkumyan da ölkədəki durumu tənqid edib: 

“Kobud şəkildə ifadə etsək, Ermənistan iqtisadiyyatı çox bərbad vəziyyətdədir. Bizim “aclıqdır deməyimiz mağazalarda bu və ya başqa ərzaq mallarının olmaması demək deyil. Həmin malları almaq üçün əhalinin pulu yoxdur. İstənilən iş adamı məhsul idxal edə bilər. Ancaq əhalinin tələbatı ötən illə müqayisədə 15-20% azalıb. Daha doğrusu, əhali pulsuzluqdan ehtiyacı olan malları əldə edə bilmir”.

Son xəbərlər

Orphus sistemi