Bu gün Moskvada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında keçiriləcək görüşdə əsasən,Suriyadakı vəziyyət müzakirə olunacaq.
"Report" Türkiyə KİV-ə istinadən məlumat verir ki, Türkiyə Bəşşar Əsəd rejiminin İdlib əyalətində Soçi razılaşması sərhədlərinə geri çəkiməsini istəyir. Rəsmi Ankara İdlibdə hücumların dayandırlması, mülki şəxslərin Türkiyəyə köç etməsinin qarşısının alınması üçün davamlı atəşkəsin tətbiqini təklif edəcək. Əks halda, “Bahar qalxanı” əməliyyatı Əsəd qüvvələri Türkiyənin İdlibdəki müşahidə məntəqlərinin gerisinə çəkilincəyədək davam edəcək. Bundan başqa rəsmi Ankaranın təyyarə uçuşlarına qadağa qoyulan bölgə və hava sahəsindən istifadəni də danışıqlar masasına çıxaracağı gözlənilir.
Rusiya tərəfi isə Soçi razılaşmasının yenilənməsini təqdim edəcək. Rəsmi Moskva Suriyanın Serkib bölgəsindən keçən M-4 və M-5 avtomobil yollarının Əsəd rejiminin ixtiyarına verilməsini istəyəcək. Ruisya rejimə aid qüvvələrin nəzarətinə keçən bölgələrdəki Türkiyə Silahlı Qüvvələrinə məxsus müşahidə məntəqələrinin daha şimala və Türkiyə sərhədlərinə çəkilərək, qaçqın axınının qarşısının alınması üçün xidmətini təklif edəcək.
Rəsmi Moskva Suriya Milli Ordusu, Ahrar-üş-Şam, İhvan Feylak-əl-Şam, Türkmən-çeçen-özbək-dağıstanlı Nureddin Zeng Tuğayının tərksilah edilməsini istəyir.