​Ərdoğanla Putinin görüşəcəyi tarix və yer açıqlanıb

Region
  • 29 iyun, 2016
  • 12:28
​Ərdoğanla Putinin görüşəcəyi tarix və yer açıqlanıb

Bakı. 29 iyun. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin sentyabrın 4-5-də Çində görüşəcəklər.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, prezidentlərin iyunun 29-da keçirilən telefon danışığında Vladimir Putin deyib: "Mövcud vəziyyəti yalnız iki ölkənin faydasına həsr etməyək, yeni səhifə açaq. Yenidən sizinlə danışmaqdan məmnunluq duyuram". 

Rusiya lideri Türkiyə prezidenti Ərdoğanın terrora qarşı mücadilə ilə bağlı iyunun 28-də verdiyi mesajlara tamamilə qatıldığını, bölgənin iki böyük ölkəsi kimi Rusiya və Türkiyənin görəcəyi işlərin olduğunu vurğulayıb.

Ərdoğan Rusiya prezidentinə bunları deyib: "İkitərəfli və regional məsələlərdə əhəmiyyətli addımlar atacağıq. Rusiya ilə əməkdaşlığımızı daha da inkişaf etdirəcəyik". O, Putinin "iki ölkə xalqının tələbinə qulaq asılması" fikrinə əhəmiyyət verdiyini də vurğulayıb.