Ərdoğan: "Zəlzələdən ziyan çəkən bölgələrimizdə 1-2 il ərzində yaşayış yerləri inşa edəcəyik”

Ərdoğan: "Zəlzələdən ziyan çəkən bölgələrimizdə 1-2 il ərzində yaşayış yerləri inşa edəcəyik” “Böyük bir hədəfimiz var, zəlzələdən zərər görən bölgələrimizdə 1-2 il ərzində yaşayış yerləri inşa edəcəyik”.
Region
18 Sentyabr , 2023 22:53
Ərdoğan: Zəlzələdən ziyan çəkən bölgələrimizdə 1-2 il ərzində yaşayış yerləri inşa edəcəyik”

“Böyük bir hədəfimiz var, zəlzələdən ziyan çəkən bölgələrimizdə 1-2 il ərzində yaşayış yerləri inşa edəcəyik”.

"Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konkordia Sammiti çərçivəsində ABŞ iş adamları ilə görüşündə deyib.

“Fevralın 6-da baş verən zəlzələdən sonra Mərakeş və Liviyada baş verən fəlakətlərin acısını bilirik. 50 min insanı itirdik, istəyirik ki, evi dağılan vətəndaşlarımız tez bir zamanda öz evlərində məskunlaşsınlar”, - Ərdoğan bildirib.

Türkiyə lideri onu da vurğulayıb ki, ölkəsi yardımla bağlı Mərakeş və Liviyaya müraciət edib:

“Sürətli yardım göstərməyə hazırıq dedik, Mərakeşdən cavab almadıq, Liviyadan cavab aldıq. 3 təyyarə və 3 gəmi göndərdik. İstənilən halda hər cür yardım göndərməyə hazır olduğumuzu bildirdik”.

Son xəbərlər

Orphus sistemi