Ərdoğan və Makron arasında görüş keçirilib - ƏLAVƏ OLUNUB

Ərdoğan və Makron arasında görüş keçirilib - ƏLAVƏ OLUNUB Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa prezidenti Emmanuel Makronla görüşü başlayıb.
Region
14 İyun , 2021 13:21
Ərdoğan və Makron arasında görüş keçirilib - ƏLAVƏ OLUNUB
Rəcəb Tayyib Ərdoğan və Emmanuel Makron

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa prezidenti Emmanuel Makron arasında görüş başa çatıb.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, tərəflər iki ölkənin NATO-dakı strateji müttəfiqliklərini, Liviya və Suriyadakı ortaq fəaliyyətlərini müzakirə ediblər.

Görüş 52 dəqiqə sürüb.


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa prezidenti Emmanuel Makronla görüşü başlayıb.

“Report” xərbər verir ki, məlumatı “TRTHaber” yayıb.

Görüşdə ikitərəfli məsələlər müzakirə edilib.

Bu görüşdən sonra Türkiyə prezidenti Böyük Britaniyanın baş naziri Boris Consonla görüşəcək.

Rəcəb Tayyib bu görüşün ardınca Almaniya kansleri Angela Merkellə bir araya gələcək.

O, bundan sonra Yunanıstanın baş naziri Kiryakos Miçotakisi də qəbul edəcək.

Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Cozef Baydenlə görüşü Türkiyə vaxtı ilə saat 18.00-da olacaq.

Son xəbərlər

Orphus sistemi