Ərdoğan: “Ukraynada sülhə nail olmaq üçün İstanbul prosesinə dəstək vermək lazımdır”

Region
  • 14 aprel, 2022
  • 17:20
Ərdoğan: “Ukraynada sülhə nail olmaq üçün İstanbul prosesinə dəstək vermək lazımdır”

“Sülhə nail olmaq üçün Rusiya və Ukrayna arasında İstanbulda aparılan danışıqlara dəstək vermək lazımdır”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avstriya Kansleri Karl Nehammerlə telefon danışığı zamanı deyib.

Danışıqlar zamanı regional mövzular, o cümlədən Ukrayna ilə Rusiya arasındakı münaqişə, həmçinin Türkiyə-Avstriya münasibətləri müzakirə edilib.

“Ölkə başçısı Ukraynadakı müharibədə humanitar dramın aradan qaldırılması və atəşkəsə nail olmaq üçün hər fürsətdən istifadə edilməli olduğunu bildirib. O həmçinin sülh danışıqlarında irəliləyişə nail olmaq üçün İstanbul prosesinə dəstək verilməsinin zəruri olduğunu söyləyib. Prezident Türkiyənin münaqişənin sülh yolu ilə həll edilməsi üçün səylərini davam etdirəcəyini vurğulayıb”, - Türkiyə Prezidentinin dəftərxanasından jurnalistlərə bildirilib.