Bakı. 01 dekabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin "İraq-Şam İslam Dövləti" terror qruplaşmasından (İŞİD) neft almasına dair məlumat öz təsdiqini tapacağı təqdirdə, istefaya getməyə hazır olduğunu bəyan edib.
"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Biz o qədər namussuz deyilik ki, terrorçulardan neft alaq. Əgər sübut olunarsa ki, biz bunu etmişik, mən öz kreslomu tərk edəcəyəm. Əgər hər hansı bir sübut varsa, qoy göstərsinlər, biz də baxaq", — deyə Türkiyə lideri bildirib.
Bundan əvvəl, Rusiya prezidenti Vladimir Putin terrorçular tərəfindən ələ keçirilən ərazilərdən Türkiyəyə neft tədarük olunduğunu bildirmişdi.