Türkiyə öz raketini kosmosa buraxacaq.
“Report”
Ərdoğan çıxışında Türkiyənin astronavt hazırlığı proqramını xatırladıb və bunu Türkiyənin kosmos tədqiqatlarında yeni tarixi addım adlandırıb.
“Gələcək illərdə bu proqramlar çərçivəsində yetişdirdiyimiz astronavtlarla öz raketimizi kosmosa göndərəcəyik”, – o qeyd edib.
Xatırladaq ki, 2023-cü il sentyabrın 12-də NASA və “Axiom Space” Türkiyə tarixində ilk astronavt Alper Gezeravcının daxil olduğu “SpaceX AX-3” kosmik missiyasının (“Axiom Mission 3”) ekipajının formalaşmasının başa çatdığını elan etmişdi.
Cari ilin yanvarın 18-də göyərtəsində Gezeravcı ilə birlikdə “SpaceX AX-3” missiyasının üzvləri – komandir Maykl Lopes-Aleqria, pilot Valter Villadey, missiya mütəxəssisi Markus Vandtın olduğu “Crew Dragon” kosmik gəmisi Beynəlxalq Kosmos Stansiyasına yola düşüb, yanvarın 20-də isə ora çatıb.