Ərdoğan: "İsveç tamamilə terror yuvasıdır"

Ərdoğan: "İsveç tamamilə terror yuvasıdır" “NATO təhlükəsizlik təşkilatıdır. İçində terror təşkilatlarının olmasını qəbul edə bilmirik. Bu ölkələr PKK/YPG-yə ev sahibliyi edir. Biz soxulduğumuz dəlikdən bir daha soxulmağı düşünmürük”
Region
19 May , 2022 13:23
Ərdoğan: İsveç tamamilə terror yuvasıdır

“NATO təhlükəsizlik təşkilatıdır. Alyansın daxilində terror təşkilatlarının olmasını qəbul edə bilmirik. Bu ölkələr (Finlandiya və İsveç) PKK/YPG-yə ev sahibliyi edir. Biz bir daha dalana dirənməyi düşünmürük”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“İsveç tamamilə terror yuvasıdır. Bir ölkə “yox” deyərsə, hər hansı namizəd ölkəni NATO-ya qəbul edə bilməzlər. Keçmişdə təşkilata daxil olanlar olub. Bunun içində Almaniya, Fransa da var. Yunanıstan və Fransa onsuz da təşkilata qoşulub sonra çıxmışdılar. Sonra qayıdıb nə etdilər? Misal üçün, hazırda Dədəağacda (Yunanıstanda şəhər – red.) ABŞ baza qurub və FETÖ Yunanıstan üzərindən Avropaya səfər edir. Özlərinə verdiyimiz terrorçu siyahısını da görməzdən gəlirlər. Onları hələ də qorumağa davam edirlər. İndi də deyirlər ki, tələbləriniz nədir bilək, ona uyğun olaraq İsveçdən, Finlandiyadan onu istəyək”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi