Ərdoğan: İdlibə raket atılsa, Türkiyəyə sel kimi yeni qaçqın axını başlayacaq

Ərdoğan: İdlibə raket atılsa, Türkiyəyə sel kimi yeni qaçqın axını başlayacaq Bakı. 5 sentyabr. REPORT.AZ/ Hökumət qüvvələrinin Suriyanın İdlib əyalətində əməliyyat aparması humanitar fəlakət və Türkiyəyə üz tutan yeni qaçqın dalğası yarada bilər.
Region
5 Sentyabr , 2018 06:44
Ərdoğan: İdlibə raket atılsa, Türkiyəyə sel kimi yeni qaçqın axını başlayacaq

Bakı. 5 sentyabr. REPORT.AZ/ Hökumət qüvvələrinin Suriyanın İdlib əyalətində əməliyyat aparması humanitar fəlakət və Türkiyəyə üz tutan yeni qaçqın dalğası yarada bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, "Sabah" qəzetinin çərşənbə günü yaydığı məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstandan qayıdarkən təyyarədə jurnalistlərə deyib.

"Orada [İdlibdə] təqribən 3,5 milyon əhali var. Rusiya və ABŞ məsuliyyəti bir-birinin üzərinə atır. Lakin bu əraziyə raket düşməyə başlasa, ciddi şəkildə qan töküləcək, Türkiyəyə sel kimi yeni qaçqın axını başlayacaq", - deyə o bildirib.

Türkiyə lideri əlavə edib ki, Ankaranın Rusiya və İranla əməkdaşlığı İdlibdə fəlakətdən yayınmağa kömək edə bilər və hazırda Rusiya ilə qarşılıqlı fəaliyyət çox vacibdir.

Bundan əlavə, Türkiyə lideri sentyabrın 7-d Tehranda keçiriləcək üçtərəfli Suriya sammitinin müsbət nəticələnəcəyinə ümid bəsləyir.

Son xəbərlər

Orphus sistemi