Rəcəb Tayyib Ərdoğan BMT-də Qarabağ problemini qaldırdı

Rəcəb Tayyib Ərdoğan BMT-də Qarabağ problemini qaldırdı “İyulda Azərbaycan ərazisinə hücum edən Ermənistan Cənubi Qafqazda daimi sülh və stabilliyin qarşısındakı əngəl olduğunu bir daha sübut edib”
Region
22 Sentyabr , 2020 18:34
Rəcəb Tayyib Ərdoğan BMT-də Qarabağ problemini qaldırdı
Rəcəb Tayyib Ərdoğan

“İyulda Azərbaycan ərazisinə hücum edən Ermənistan Cənubi Qafqazda daimi sülh və sabitliyin qarşısındakı əngəl olduğunu bir daha sübut edib”.

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının videoformatda keçirilən sessiyasında bildirib.

“Dağlıq Qarabağ problemi başda olmaqla bölgədəki münaqişələrin Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü və suverenliyi ilə BMT və ATƏT-in qərarları çərçivəsində tez bir zamanda həll edilməsinin tərəfdarıyıq. Cənubi Asiyanın sabitliyi üçün önəm daşıyan Kəşmir problemi hələ də həllini tapmayıb. Cəmmu-Kəşmirin xüsusi statusunun ləğvindən sonra atılan addımlar problemi daha da dərinləşdirib. Bu məsələnin dialoq yolu ilə BMT qərarları çərçivəsində və xüsusilə Kəşmir xalqının gözləntiləri çərçivəsində həllinin tərəfdarıyıq”, - o deyib. 

Son xəbərlər

Orphus sistemi