Ərdəbildə qar yağması səbəbindən məktəblər bağlanıb

Ərdəbildə qar yağması səbəbindən məktəblər bağlanıb İranın Ərdəbil əyalətində qar yağması səbəbindən bir sıra şəhərlərin səhər növbələrində məktəblər bağlanıb.
Region
23 Oktyabr , 2024 08:57
Ərdəbildə qar yağması səbəbindən məktəblər bağlanıb

İranın Ərdəbil əyalətində qar yağması səbəbindən bir sıra şəhərlərin səhər növbələrində məktəblər bağlanıb.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, Ərdəbil əyalətinin İctimaiyyətlə əlaqələr və təhsildə informasiya üzrə idarənin başçısı Həsən İsgəndərzadə bildirib.

Onun sözlərinə görə, əyalətin Ərdəbil, Xalxal, Səreyn və Meşginşəhr şəhərlərində məktəbəqədər və ibtidai məktəblər qısa müddətə bağlanıb.

Həsən İsgəndərzadə bildirib ki, yuxarı siniflərin bağlanması ilə bağlı qərar qəbul olunarsa, bu, uyğun kanallar vasitəsi ilə məktəblərə çatdırılacaq.

Son xəbərlər

Orphus sistemi