Türkiyədə 5 bal gücündə zəlzələ olub
Region
- 27 dekabr, 2019
- 08:20
Türkiyənin Elazığ bölgəsində 4,9 bal gücündə zəlzələ olub.
“Report” “Huriyyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Föqəladə Hallar Xidməti məlumat yayıb.
Bildirilib ki, zəlzələ 7,02 metr dərinlikdə baş verib. Məlumata görə, təkanlar Qaziantep, Diyarbakır, Bingöl, Tunceli və Malatya əyalətlərində də hiss edilib.
Hadisə ilə əlaqədar Elazığda məktəblər bir günlüyə bağlanıb.
Türkiyənin Boğaziçi Universitetinin Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun açıqlamasında bildirilib ki, yeraltı təkanların mərkəzi Elazığ əyalətinin Sivirce rayonunun Topaluşağı kəndidir. Orada 5,1 bal gücündə zəlzələ olub.
Elazığ valiliyi itki və xəsarət alanın olmadığını bildirib.
Son xəbərlər
14:49
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Maliyyə14:45
Azərbaycanda dövlətə məxsus 6 şirkət ləğv olunur
Biznes14:41
AQP: 8 ayda tikinti indeksində kumulyativ artım 10 %-i keçib
İnfrastruktur14:40
Yerlan Koşanov Qazaxıstanın Xalq Şurasının sədri seçilib - YENİLƏNİB
Region14:40
Foto
Kəngərlidə avtomobil aşıb, körpə ölüb, valideynləri xəsarət alıb
Hadisə14:34
Mansur Yavaş CHP-dən istefa verib
Region14:34
Corc Rassell: "Azərbaycan Qran-prisində əsas məsələ rəqabətdən zövq almaqdır"
Formula 114:32
Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ
Ekologiya14:27