Ekspert: “Gürcüstan-Azərbaycan münasibətləri ən yaxşı formada inkişaf edir”

Ekspert: “Gürcüstan-Azərbaycan münasibətləri ən yaxşı formada inkişaf edir” “Gürcüstan-Azərbaycan münasibətləri xalqlar arasında çoxəsrlik qardaşlıq və möhkəm əlaqələrə söykənərək ən yaxşı formada inkişaf edir”.
Region
1374
23 Oktyabr , 2020 14:37
Ekspert: “Gürcüstan-Azərbaycan münasibətləri ən yaxşı formada inkişaf edir”
Levan Metreveli

“Gürcüstan-Azərbaycan münasibətləri xalqlar arasında çoxəsrlik qardaşlıq və möhkəm əlaqələrə söykənərək ən yaxşı formada inkişaf edir”.

Bu barədə “Report”un yerli bürosuna açıqlamasında Gürcüstan İnkişafının Kompleks Problemlərinin Araşdırılması Mərkəzinin direktoru, siyasi elmlər doktoru, professor Levan Metreveli bildirib.

Onun sözlərinə görə, bu münasibətlərdə Azərbaycanın ümummilli lideri Heydər Əliyev və hazırkı dövlət başçısı İlham Əliyevin sayəsində tamamilə yeni reallıqlar və imkanlar meydana çıxıb: “Zamanla bu əlaqələr daha da yaxşılaşacaq və möhkəmlənəcək. Xalqlar arasındakı tarixi bağlılıqla yanaşı bu münasibətlər hazırda iqtisadi, mədəni və humanitar əlaqələrlə daha da möhkəmlənir. Hakim Gürcü Arzusu Partiyasının rəhbərlik etdiyi Gürcüstan hakimiyyətinin simasında Azərbaycan layiqli tərəfdaşa malikdir”.

Ekspert Gürcüstan və Azərbaycan arasında qarşılıqlı əlaqələrin daha da inkişafı üçün bir sıra imkanların olduğunu deyib: “Yeni imkanlardan hər iki ölkə və bütün bölgənin rifahı naminə istifadə etmək olar. Hər iki xalq özü ölkələr arasındakı əməkdaşlığın inkişafına köklənib. Tarixi yaddaş buna çox yaxşı kömək edir. Yeni reallıqlar isə yeni imkanlar yaradır. Milliyətindən asılı olmayaraq həm Gürcüstan, həm də Azərbaycanın bütün vətəndaşları bu əlaqələrin vacibliyini və gərəkliyini çox yaxşı dərk edir. Münasibətlərin gələcək inkişafına heç nə mane ola bilməz. Dövlətlərin liderləri xalqların iradəsini çox yaxşı yerinə yetirir”.

L.Metreveli iki ölkənin birgə iştirakı ilə reallaşdırılan enerji və infrastruktur layihələrinin qlobal əhəmiyyətə malik olduğunu qeyd edib: “Artıq fəaliyyətə başlayan Cənub Qaz Dəhlizi layihəsinə nəinki Azərbaycan və Gürcüstanda, həmçinin Qərbi Avrpoda və dünyada da çox böyük ümidlər bəslənilir. Bu layihə Azərbaycan-Gürcüstan əməkdaşlığının yeni birgə uğurudur”.

Siyasi ekspertin sözlərinə görə, Azərbaycanın ərazilərini işğaldan azad etdiyi bir dövrdə ölkənin Gürcüstanla münasibətlərinə xarici qüvvələr hansısa formada kölgə salmaq, xələl gətirməklə bağlı çoxsaylı cəhdlər ediblər: “Bu səylərin heç bir nəticəsi olmayıb və olmayacaq. Bu işdə Azərbaycanın Gürcüstandakı yeni səfirinin uğurlu fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Səfirlik bu çətin dövrdə vəzifələrinin öhdəsindən çox məharətlə gəlir”.

Ərazi bütövlüyü mövzusunun Gürcüstan üçün çox həssas olduğunu vurğulayan L.Metreveli bildirib ki, gürcü xalqı bu məsələdə Azərbaycanın qəti dəstəyini çox yüksək qiymətləndirir: “Gürcüstan da öz ərazi bütövlüyü uğrunda mübarizə aparır. Bu məsələdə Azərbaycan hakimiyyəti və xalqı hər zaman bizim yanımızda olub. Tarixi yaddaş məhz bu cür məqamlara əsaslanır. Buna müvafiq olaraq, Azərbaycan Gürcüstan hakimiyyəti və gürcü xalqı tərəfindən həmişə adekvat reaksiya gözləməlidir. Ərazi bütövlüyü məsələsi qalxanda Azərbaycan hər zaman Gürcüstanı birmənalı şəkildə dəstəkləyib. Biz bunu heç vaxt unutmarıq”.

Son xəbərlər

Orphus sistemi