Bakı. 19 avqust. REPORT.AZ/ Əfqanıstanda A
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu yerli polisin təmsilçisi Amanuddin Aman bildirib.
Hadisə ölkənin paytaxtı Kabul şəhərindən 350 km şimalda, Sari-Pol və Cauzcan əyalətlərini birləşdirən yolda baş verib. Silahlılar hakimlərin olduğu avtomobilə basqın edərək onları qaçırıblar.
A.Aman onları "Taliban" hərəkatının oğurladığını ehtimal edir: "Hakimlərin taleyi və saxlanıldığı yer barədə məlumat yoxdur".