Düşənbə ilə Daşkənd arasında təyyarə uçuşları 25 ildən sonra bərpa olunub

Düşənbə ilə Daşkənd arasında təyyarə uçuşları 25 ildən sonra bərpa olunub Tacikistanla Özbəkistan arasında indiyədək viza rejimi mövcuddur
Region
1405
10 Fevral , 2017 16:22
Düşənbə ilə Daşkənd arasında təyyarə uçuşları 25 ildən sonra bərpa olunub

Bakı. 10 fevral. REPORT.AZ/ Tacikistanın paytaxtı Düşənbədən Özbəkistanın paytaxtı Daşkəndə 25 illik fasilədən sonra ilk sərnişin təyyarəsi uçub. 

“Report” BBC-yə istinadən xəbər verir ki, Tacikistanın “Somon air” hava yolları şirkətinin təyyarəsi Daşkəndə texniki uçuş reysi edib.

İnformasiyaya əsasən, bu il fevralın 20-dən etibarən iki ölkə arasında davamlı uçuşlar bərpa olunacaq. Tacikistandan Özbəkistanın başqa şəhərlərinə də uçuşların təşkil edilməsi planlaşdırılır.

“Somon air” hələlik həftənin bazar ertəsi günü uçuşlar həyata keçirəcək.

Qeyd edək ki, 1993-cü ildən iki ölkə arasında siyasi münasibətlər kəskinləşdiyindən təyyarə və avtobus reysləri dayandırılıb. Tacikistanla Özbəkistan arasında hələ də viza rejimi mövcuddur. 

Son xəbərlər

Orphus sistemi