Rusiya Dövlət Duması noyabr ayında heyvanların sirk çıxışlarının qadağan edilməsini təklif edən qanun layihəsini nəzərdən keçirəcək.
“Report” xəbər verir ki, bu barədə parlamentin aşağı palatasının ekologiya komitəsinin birinci sədr müavini Vladimir Burmatov “RİA Novosti”yə deyib.
“Hesab edirik ki, problem düzgün qaldırılıb, lakin onu başqa cür həll etmək lazımdır, yəni onu ardıcıl şəkildə həll etmək, sirklərə qarşı tələbləri artırmaqla heyvanların saxlanma şəraitinə dair tələblərin daim artırılması lazımdır”, – Burmatov söyləyib.
Deputat qeyd edib ki, belə bir qanun layihəsinin qəbulu ciddi nəticələrə səbəb ola bilər.
Onun sözlərinə görə, bu, heyvanlar üçün reabilitasiya mərkəzlərinin həddindən artıq dolu olması ilə bağlıdır.