Dərbənddə narkotacirlərə qarşı genişmiqyaslı əməliyyat həyata keçirilir

Dərbənddə narkotacirlərə qarşı genişmiqyaslı əməliyyat həyata keçirilir Bakı. 27 fevral. REPORT.AZ/ Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Dərbənd şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları iri narkotik tacirlərinin evlərində axtarışlar aparırlar.
Region
27 Fevral , 2018 11:23
Dərbənddə narkotacirlərə qarşı genişmiqyaslı əməliyyat həyata keçirilir

Bakı. 27 fevral. REPORT.AZ/ Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Dərbənd şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları iri narkotik tacirlərinin evlərində axtarışlar aparırlar.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, FTX əməkdaşları genişmiqyaslı xüsusi əməliyyat çərçivəsində Dərbənddə narkotik satıcılarına məxsus 23 evi yoxlayır.

Axtarışa şəxsi heyətin 150-dən çox üzvü cəlb olunub.

Qeyd edək ki, fevral ayında genişmiqyaslı yoxlamalar aparıldıqdan sonra respublikada 70-dən çox inzibati və cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi