​Dərbənddə baş verən atışmada Rusiya FTX-nin əməkdaşı öldürülüb - YENİLƏNİB

​Dərbənddə baş verən atışmada Rusiya FTX-nin əməkdaşı öldürülüb - YENİLƏNİB Qurumun bir əməkdaşı yaralanıb
Region
30 Dekabr , 2015 12:43
​Dərbənddə baş verən atışmada Rusiya FTX-nin əməkdaşı öldürülüb - YENİLƏNİB

Bakı. 30 dekabr. REPORT.AZ/ Dərbənddə baş verən atışma nəticəsində ölən şəxsin kimliyi məlum olub. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, həmin şəxs Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Dağıstan üzrə sərhəd idarəsinin əməkdaşıdır.

Məlumata görə, sərhəd xidmətinin iki əməkdaşı atışmaya düşüb: "Onlardan biri atışma zamanı aldığı güllə yarasından hadisə yerində ölüb".

Sərhədçilərə atəş açan şəxslər iki nəfər olub. Onlar avtomat və tapançadan atəş açıb.

*** 10:25

Dağıstanın Dərbənd şəhərində baş verən atışma nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Dağıstanın güc strukturları məlumat yayıb.

Xəbərdə bildirilib ki, xəsarət alanlar arasında hərbçilərlə yanaşı, mülki şəxslər də var.

Məlumata görə, atışma Dərbənddəki Narınqalanın müşahidə meydanında baş verib. Hadisə yerindən müxtəlif çaplı silahlara məxsus 67 boş giliz aşkar edilib.

Hüquq-mühafizə orqanları hadisənin  başvermə səbəblərini araşdırır.

Son xəbərlər

Orphus sistemi