Dünya İqtisadi Forumunun iştirakçıları müharibəyə son qoymaq imkanlarını müzakirə edirlər

Dünya İqtisadi Forumunun iştirakçıları müharibəyə son qoymaq imkanlarını müzakirə edirlər “Davosda keçirilən Dünya İqtisadi Forumunun iştirakçıları xüsusən də Ukrayna ilə Rusiya arasında razılaşma yolu ilə müharibəyə son qoymaq imkanlarını müzakirə edirlər. Çünki Rusiya ilə biznesi yenidən bərpa etmək lazımdır”
Region
24 May , 2022 16:00
Dünya İqtisadi Forumunun iştirakçıları müharibəyə son qoymaq imkanlarını müzakirə edirlər

Davosda keçirilən Dünya İqtisadi Forumunun iştirakçıları xüsusən də Ukrayna ilə Rusiya arasında razılaşma yolu ilə müharibəyə son qoymaq imkanlarını müzakirə edirlər. Çünki Rusiya ilə biznesi yenidən bərpa etmək lazımdır. 

“Report” “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.

“Dünya İqtisadi Forumu kluarlarında müzakirələr gedir - Kremllə razılığa gəlmək və əlaqələri bərpa etmək üçün atəşkəs imzalamağın vaxtı çatıbmı? Yeni korluq virusu? Ukrayna kimlərinsə ciblərini doldurması üçün öz suverenliyini satmır. Müharibəni bitirməyin ən qısa yolu - silah, pul və embarqodur”, - deyə o yazıb.

Eyni zamanda, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba qeyd edib ki, hazırda Rusiyada hələ də 500-dən çox xarici şirkət fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi