Nursultan Nazarbayevin qızı Qazaxıstan Senatının sədri seçilib

Region
  • 20 mart, 2019
  • 09:09
Nursultan Nazarbayevin qızı Qazaxıstan Senatının sədri seçilib

Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva ölkə Senatının sədri seçilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu səsvermənin nəticələri göstərir.

Dariqa Nazarbayevanın Qazaxıstan Parlamenti Senatının sədri vəzifəsinə namizədliyini ölkə Prezidenti Kasım-Jomart Tokayev təklif edib.