Daha bir Avropa ölkəsi Belarusdakı seçkilərin nəticələrini tanımayıb

Daha bir Avropa ölkəsi Belarusdakı seçkilərin nəticələrini tanımayıb Litva parlamenti növbədənkənar iclasında Belarusda keçirilən prezident seçkilərini tanımayan qətnamə qəbul edib
Region
18 Avqust , 2020 15:52
Daha bir Avropa ölkəsi Belarusdakı seçkilərin nəticələrini tanımayıb

Litva parlamenti növbədənkənar iclasında Belarusda keçirilən prezident seçkilərini tanımayan qətnamə qəbul edib.

“Report” “Sputnik Litva”ya istinadən xəbər verir ki, 120 deputat bu qətnamənin lehinə səs verib, 2 nəfər bitərəf qalıb.

Məlumata görə, qətnamənin əleyhinə səs verən millət vəkili olmayıb.

Qətnamədə deputatlar Belarusda demokratik prosedura uyğun olaraq yeni seçkilərin keçirilməsini tələb edir, hətta deputatların bu məsələdə vasitəçi olmağa belə hazır olduğu vurğulanıb.

Qətnamədə həmçinin seçki saxtakarlığında və insan haqlarını pozmaqda əli olan bir sıra Belarus məmurlarına qarşı sanksiya tətbiqinə çağırış edilib. Onların Aİ-yə girişi qadağan edilməsi və hesablarının dondurulması təklif olunub.

Son xəbərlər

Orphus sistemi