Dağıstanın müvəqqəti rəhbəri Muxtar Respublikanın büdcəsinin artırılmasını xahiş edib

Dağıstanın müvəqqəti rəhbəri Muxtar Respublikanın büdcəsinin artırılmasını xahiş edib Vladimir Vasilyev: "Bu gün Dağıstan federal büdcədən adambaşına ən az dəstək alır"
Region
11 Oktyabr , 2017 15:32
Dağıstanın müvəqqəti rəhbəri Muxtar Respublikanın büdcəsinin artırılmasını xahiş edib
РИА Новости

Bakı. 11 oktyabr. REPORT.AZ/ Rusiyanın Dağıstan Muxtar Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev Dövlət Dumasının plenar iclasında federal büdcədən respublikaya ayrılan yardımın miqdarının artırılmasını xahiş edib.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Bu gün elə alınıb ki, Dağıstan federal büdcədən adambaşına ən az dəstək alır", - V.Vasilyev Dövlət Dumasının iclasında bildirib.

O, ayrılan vəsaitlərin xərclənmə istiqamətləri barədə mütəmadi qaydada Dövlət Dumasına hesabat verməyə hazır olduğunu vurğulayıb: Bu, xalqın puludur, biz cavabdehlik daşıyacağıq", - V.Vasilyev əlavə edib. 

Son xəbərlər

Orphus sistemi