Dağıstanda yol qəzası: 5 ölü, 6 yaralı var

Dağıstanda yol qəzası: 5 ölü, 6 yaralı var Yaralılar xəstəxanaya yerləşdirilib.
Region
25 İyul , 2020 12:43
Dağıstanda yol qəzası: 5 ölü, 6 yaralı var

Dağıstanda yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, 6 nəfər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 25-də Dağıstan Respublikasının Xasavyurt rayonunda bir neçə avtomobil toqquşub, nəticədə 5 nəfər ölüb, 6 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi